İlin əvvəlindən ölkə əhalisinin sayı 25948 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il sentyabr ayının 1-i vəziyyətinə 10145081 nəfərə çatıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.