Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 2% artaraq 42 251,7 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər nəfərinə orta hesabla 4 219,3 mln. manatlıq gəlir düşüb ki, bu da illik ifadədə 1,5% çoxdur.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 37 906,0 mln. manatlıq vəsait qalıb ki, bu da illik ifadədə 1,2% çoxdur.