Tovuz sakini günlərdir avtomobilini sığorta şirkətinin qarşısında saxlayır. O, bu addımı şirkətə etiraz əlaməti olaraq atıb.

“Qərb Xəbər”ə müraciət edən Vüqar Hüseynov onun avtomobilinə dəymiş ziyanın “Qala Sığorta” tərəfindən tam ödənilmədiyini iddia edir.

Sürücünün sözlərinə görə, dəymiş ziyanın məbləği  ekspert rəyinə əsasən, 3879 manat olduğu halda sığorta şirkəti tərəfindən cəmi 2 min manat ödəniş edilib. Bu isə heç avtomobilin təmirini belə qarşılamır.

“Qərb Xəbər” olaraq “Qala” sığortadan açıqlama almağa çalışdıq. Telefon əlaqəsi zamanı şirkətin Ramil adlı əməkdaşı məsələylə bağlı üçüncü tərəfə açıqlama verə bilmədiklərini bildirdi.

Əlavə etdi ki, hazırda hadisə ilə bağlı Dövlət Yol Polisi tərəfindən onlara hər hansı bir məlumat daxil olmayıb.