1918-ci ildə F.Köçərli tərəfindən Qazaxda təməli qoyulan Qazax Müəllimlər Seminariyasının yenidən bərpası nəzərdə tutulub.

“Qərb Xəbər”in məlumatına görə, bu tədbir Heydər Əliyev fondunun, ADA Universitetinin, ASK və NEQSOL-un tərəfdaşlığı ilə həyata keçirilib.

Tədbirdə ADA Universitetinin Bakı və Vaşinqton filiallarının rektorları, BDU-nun rektoru, Hafiz Paşayev və Elçin Şıxlı iştirak edib, gələcək fəaliyyət planları haqda çıxış ediblər.

O da bildirilib ki, seminariya ilə əməkdaşlıq etmək üçün 500 müəllim müraciət edib. 40-a yaxın müəllim seçilib, təkmilləşmə kursu üçün Vaşinqtona göndəriləcəklər.