Sentyabr ayının 29-u Gəncə Ağır Cinayətlər Məhkəməsində azyaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun növbəti məhkəmə prosesi keçirilib.

“Qərb Xəbər”in məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmiş və şahid qismində N.Quliyevanın anası Aynurə İsmayılova dindirilib.

Məhkəmə zalında mətbuat nümayəndələrinin foto və video çəkilişinə icazə verilmədiyi üçün görüntüləri sizlərə təqdim edə bilmirik.

N.Quliyevanın qətlində təqsirli bilinən İ.Süleymanovun növbəti məhkəmə prosesi oktyabr ayının 20-ə təyin edilib.

Məhkəmədə İ.Süleymanov özünü təqsirli bilməyib.