Tovuz rayonunda 9 yaşlı məktəblini avtomobil vurub.

“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində baş verib.

Nəticədə kənd sakini, R.Sadıqov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.