Qazax rayon Xanlıqlar kənd sakini mina düşüb.

“Qərb Xəbər”in məlumatına görə, 1988-ci il təvəllüdlü Mərdanov Məmməd rayonun Bala Cəfərli kəndində minaya düşərək ölüb.

DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov faktı APA-ya təsdiq edib.

Hadisə M.Mərdanov traktorla yer əkən zaman olub. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.