Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.