Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 158 411 şüşə şərab ixrac edib.

Report verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyindən bildirilib.

Məlumata əsasən, illik müqayisədə Azərbaycan gürcü şərabının idxalını 21 % artırıb.

İlk 8 ayda Gürcüstandan 59 ölkəyə 65 milyon şüşə şərab (+19 %) ixrac edilib. İxracdan 145 milyon ABŞ dolları gəlir əldə olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 13 % çoxdur.

Hesabat dövründə gürcü şərabının ən iri tədarükçülərinin ilk beşliyində Rusiya, Ukrayna, Polşa, Çin və Qazaxıstan yer alıb.