“Ənənəvi təhsil mərhələlərlə təşkil olunacaq”.

“Qərb Xəbər”in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, 1-4-cü siniflər 22 sentyabrdan, 5-11-ci siniflər və ali məktəblər isə 29 sentyabrdan ənənəvi təhsilə başlayacaq.

Bundan əlavə, E.Əmirullayev onu da əlavə edib ki, gündəlik yoluxmalar arasında 8 faizə qədər yoluxanları şagirdlər təşkil edir. Gün ərzində 10 faizə qədər yoluxma məktəblərdə olan müəllim və şagirdlər arasında olur:

“Növbəti həftələrdə proqnozlaşdırırıq ki, daha az yoluxma sayı görəcəyik”.