“Uşaqların maska taxması valideynlərin öhdəsinə buraxılır”.

“Qərb Xəbər”in məlumatına görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, valideynlər istəyirlərsə, şagirdin maska taxmasını təmin edə bilərlər: “Bununla bağlı bir məcburiyyət yoxdur”.