Ağstafa rayonunda bələdiyyə sədrinin cinayət işi baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilib.

Bu barədə rayon prokurorluğu yayıb.

Məlumatda deyilir ki, Ağstafa rayonu, Tatlı kənd bələdiyyəsində yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

İstintaqla müəyyən edilib ki, Tatlı bələdiyyəsinin sabiq sədri Qənbər İsmayılov xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz vəzifə səlahiyyətlərindən istifadə edərək 2017-ci ildə ayrı-ayrı şəxslərə hər biri 0,12 ha olmaqla torpaq sahəsi sataraq onları 2006-cı il tarixinə sənədləşdirib.

Qənbər İsmayılov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.