Ağstafa rayonu Aşağı Kəsəmən kəndində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qərb Xəbər”in məlumatına görə, QAZ-53 markalı yük maşını 10 yaşlı Məmmədova Nuray Abdulnasir qızı və 5 yaşlı Hüseynova Aysel Elmir qızını vurub.

M.Nuray hadisə yerində ölüb, H.Aysel isə xəstəxanaya çatdırılıb.