Qazax şəhəri, Əliağa Şıxlinski küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Ramal Bağırov Report-a bildirib ki, araşdırma zamanı ərazidəki ağacların vətəndaş Ceyhun Osmanov tərəfindən kəsildiyi müəyyən edilib.

“Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, 2800 manat məbləğində cərimələnib”, – o bildirib.