“Kəpəz” klubunun sabiq prezidenti Rza Məmmədov dünyasını dəyişib.

Bu barədə Report-a Gəncə təmsilçisinin Mətbuat xidmətindən məlumat verilib.

Rza Məmmədov 1990-cı illərdə əyalət təmsilçisinə rəhbərlik edib.

“Kəpəz” onun dönəmində 1997/1998 və 1998/1999 mövsümündə ölkə çempionatın qalibi olub. Gəncə klubu 1997/1998 mövsümündə ölkə kubokunu da qazanıb.