“Gəncədə təhsil işçilərinin 88 faizi birinci doza vaksin vurdurub”.

APA-nın məlumatına görə, bunu Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib.

O bildirib ki, ikinci doza 80 faizdən artıqdır: “Gəncədə 4900-dən artıq təhsil işçisi var. Cəmi iki məktəbdə birinci doza üzrə vaksin olunma faizi 80 faizdən aşağıdır. İkinci doza vaksinasiya üzrə 32 məktəbdə göstəricilər 80 faizdən yüksəkdir. Cəmi 12 məktəbdə isə bu göstərici 80 faizdən aşağıdır”.