Gəncə Şəhəri İcra Hakimiyyəti şəhərdə qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlərin yerləşdirilməsi məqsədilə Nizami Gəncəvi prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsinin şimal-qərbində 249 mənzilli yeni yaşayış binalarının tikintisinin davam etdirilməsi ilə bağlı elan etdiyi təkliflər sorğusuna yekun vurub.

“Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Alians” MMC-dir.

Qalib şirkətə 8 milyon 506,6 min manat ödəniləcək.