Sərhəd Xidmətinin 102-ci ildönümü ərəfəsində Ağstafada yerləşən küçələrdən birinə şəhid Azər Yusiflinin adı verilib.

“Qərb Xəbər”in məlumatına görə, Ağstafa şəhər keçmiş Ağamalıoğlu küçəsi artıq şəhid-sərhədçi baş gizir Azər Yusiflinin adını daşıyır.

1994-cü il 28 martda anadan olan Azər Yusifli 21 oktyabr 2020-ci il tarixində Zəngilan rayonunda şəhid olub.

O, doğulduğu Ağstafa rayonu Böyük Kəsik kəndində dəfn edilib. Vətən müharibəsi qəhrəmanı, Vətən uğrunda, Cəbrayılın, Zəngilanın azad edilməsi medalları ilə təltif olunub.

Şəhid Azər Yusifli / Wikipedia
Şəhid Azər Yusiflinin adını daşıyan küçə / F.Dolq