Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov məhkəmədə son söz deyib.

Report-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Y.Səfərov son söz deyərkən, əməlindən peşman olmadığını bildirib:

“Hansı cəzanı istəyirsiz, verin”.

Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.

Müşavirədən qayıdandan sonra hökm elan edilib. Hökmə əsasən Y.Səfərova ömürlük həbs cəzası verilib.

Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.