Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb.

“Qərb Xəbər”in məlumatına görə, toplantını parlamentin sədri Sahibə Qafarova açıq elan edib.

Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

İclasın gündəliyinə 1 məsələ daxil edilib. Bu, Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələdir.