İyulun 30-da Tovuz rayonunda əhaliyə təbii qazın verilməsinin daha da təkmilləşdirilməsi istiqmətində aparılan təmir işləri məqsədi ilə bir neçə kənddə qaz təchizatı müvəqqəti dayandırılıb.

Bu barədə Tovuz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Məlumata görə, işlər yekunlaşanadək Tovuz rayonunun Qovlar şəhəri, Əyyublu, Alakol, Düz Qırıqlı, Dönük Qırıqlı, İbrahimhacılı və Yanıqlı kəndlərində qaz olmayacaq.