Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikanın hər yerində olduğu kimi Qazax rayonunda da əhalinin peyvənd olunması prosesi uğurla davam edir.

Goyezen.az-ın yazdığına görə, rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin səyyar şəkildə həyata keçirilən vaksinasiya prosesi zamanı rayon sakinlərinə indiyədək 86 min 669 doza vaksin vurulub. 

Birinci mərhələ üzrə peyvənd olunanların sayı 45 min 982, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 40 min 687 nəfərdir. Bu gün Qazax rayonunun birinci doza üzrə vaksinləşmə səviyyəsi 62% təşkil edir.