“Bu il ərzində övladlığa götürmə ilə bağlı alt sistemə 182 müraciət olub. Onlardan 58-i müəssisələrdən övlad götürmə ilə bağlıdır”.

APA-nın məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il 54 uşaq övladlığa verilib, onlardan 28-i qız, 26-sı oğlandır. 31 uşaq ailəsinə inteqrasiya olunub.