Nizami (Gəncə) Rayon Polis İdarəsinə iyulun 24-də Gəncə şəhər sakini Ş.Tağıyevin bank hesabından 920 manat pulunun oğurlanması barədə müraciət daxil olub.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Nağıyev müəyyən edilərək saxlanılıb.