“Koronavirus əleyhinə vaksinasiya ilə bağlı əks göstərişi olan üçün əks göstəriş sertifikatı nəzərdə tutulur”.

“Qərb Xəbər”in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyanın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Şöbə müdirinin sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiyalar olacaq, həmin şəxslərə komissiyalar baxacaq, doğrudan da həmin şəxsə vaksin olmazsa, ona əks göstəriş sertifikatı veriləcək: “Bu sertifikatın da CR kodu olacaq”.