İyulun 1-dən Operativ Qərərgah toy şənliklərinin keçirilməsinə icazə verib. Pamdemiya dönəmində toyların olmaması heyvan bazarına da mənfi təsir göstərmişdi; ətin, diri malın qiyməti aşağı düşmüşdü.

“Qərb Xəbər” komandası Tovuz rayon heyvan bazarında olub, bazardakı qiymətlərlə maraqlanıb.

Təsərrüfatçıların məlumatına görə, toyların başlaması ilə qiymətlərdə cüzi bahalaşma müşahidə olunur.

Fermerlər daha çox baxım şərtlərinin ağırlığından şikayətlənirlər.

Keçən illərə nisbətən bu il yağıntının miqdarı çox olsa da, kəndli və fermerlər ot bağlamalarının baha qiymətə olduğunu bildiriblər.