İyulun 13-də Aşağı Göycəli kənd sakini, 83 yaşlı C.Əliyevanın yaşadığı evə girən maskalı şəxs tərəfindən balta və bıçaqla hədələnib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Ağstafa Rayon Polis Şöbəsinə maskalı şəxsin kənd sakininin 10 manat pulunu, qızıl üzüyünü və sırğasını alması, sonradan otağın döşəməsini yandırıb getməsi barədə məlumat daxil olub.

Yanğın söndürülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Heydərov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.