İyunun 10-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.