İyulun 6-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 35-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.