Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini I Qarabağ müharibəsi veteranı Əliyev Yaşar Hümbət oğlu sosial problemlərdən əziyyət çəkir.

Müsahibimizin “Qərb Xəbər”ə verdiyi məlumata görə, I qarabağ müharibəsi zamanı Ağdərə, Füzuli istiqamətlərində döyüşüb və yaralanıb. Aldığı yaralardan iş qabiliyyətini itirib.

Ona verliən epikrizlərdə və digər sənədlərdə əlillik dərəcəsi düşsə də, o, bu adı ala bilməyib.

Müsahibimiz sosial durumunun ağırlığından və baxımsızlıqdan gileylənir. Evi ailənin tək oğul övladı dolandırsa da, bugünlərdə o da həqiqi hərbi xidmətə yollanıb.