Avropa İnvestisiya Bankı (ECB) Gürcüstana ölkənin əsas magistralı olan Şərq-Qərb sürət yolunun (E60) yenidən qurulmasına 106,7 milyon avro ayırıb.

24News.ge xəbər verir ki, bu barədə Avropa Birliyinin Gürcüstandakı nümayəndəliyi məlumat yayıb.

Avropa İnvestisiya Bankından alınan kreditlə yolun iki hissəsinin təmiri həyata keçiriləcək: birincisi, Alget və Sadaxlı arasındakı 30 kilometrlik, ikincisi isə Rustavi ilə Qırmızı Körpü arasındakı 32 kilometrlik hissə olacaq.

Bu iki yenilənmiş hissə ilə magistral yol Ermənistan və Azərbaycan sərhədlərinə qədər davam edəcək.