Müharibədə başından ağır yaralanan hərbi qulluqçu Kazımov Ruslan Mustafa oğlu vəfat edib.

“Qərb Xəbər”in məlumatına görə, 1988-ci il təvəllüdlü kiçik çavuş, qazi Ruslan Kazımov ötən gün yaşadığı evdə dünyasını dəyişib.

Mərhumla vida mərasimi Ağstafa rayonu Kolxəlfəli kəndində yaşadığı ünvanda keçirilib, adıçəkilən kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Dəfndə qazinin yaxınları, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Kazımov Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş kimi xidmət edib.

O, 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. R.Kazımov döyüşlərin birində ağır yaralanıb. Daha sonra müalicəsini davam etdirib.