Azərbaycanda vaksinasiya olunan əhalinin sayı açıqlanıb.

“Qərb Xəbər”in məlumatına görə, ölkə əhalisinin 19 faizi koronavirus əleyhinə peyvənd olunub.

Ölkə əhalisinin 81 %-i isə hələ vaksinasiya prosesindən keçməyib.

Qeyd edək ki, hazırda ölkədə “CoronaVac”, “Vaxzevria”, “Sputnic V”, “Pfizer” peyvəndlərindən istifadə olunur. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.