“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərdə pandemiya qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərə başlayıb”.

Report-un xəbərinə görə, bunu Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Sədr bildirib ki, ölkədə dini konfensiyalarla birlikdə ibadətlərin yerinə yetirilməsinə şərait yaradılmasında köməklik göstərilir: “Qəbul edilmiş qaydalara bütün ibadət yerlərində əməl edilir. Bu, belə də olmalıdır. Nəzərə almalıyıq ki, bütün məhdudiyyətlər müvəqqətidir. Mömin insanlar bu məhdudiyyətlərin zəruriliyini başa düşür”.