Türk dünyasının önəmli şəxsiyyətlərindən olan, 1992-1993-cü illərdə Azərbaycan Respublikasına prezidentlik etmiş Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum həftəsi yaxınlaşmaqdadır.

Həyatını Türk Dünyasına həsr etmiş, millətini böyüq eşqlə qarşılıqlı sevən, hər zaman mübarizə içində olan Əbülfəz Elçibəyin xatirəsini yad etmək üçün Türkiyədə ilk dəfə bir mahnı yazıldı və klip hazırlandı. Jurnalist Aynur İmranın və Kaya Kuzucunun əməyi ilə, söz yazarı Mirzə Sakitə aid olan və Serdar Çilekarın rejissorluğunda hazırlanan klip izləyicilərə təqdim edilib.