İyunun 18-də Laçın rayonunda xidməti vəzifəsini yerinə yetirərkən qəzaya düşərək şəhid olan baş-leytenant Nəsibov Elməddin Süleyman oğlu ilə doğulduğu Tovuz rayonu Mirzə Ələkbər Sabir küçəsindəki evində vida mərasimi keçirilib.

“Qərb Xəbər”in məlumatına görə, mərasimdə şəhidin yaxınları ilə birlikdə rayon ictimaiyyətinin nümayəndələri, rayon sakinləri və DSX-nin hərbiçiləri iştirak ediblər.

Vida mərasimindən sonra Şəhidin nəşi  Tovuz rayon qəbristanlığında dəfn olunub. 

Qeyd edək ki, E. Nəsibov 1989-cu ildə Tovuz rayonunda anadan olub. O, 3 -cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,  Qubadlı və Cəbrayılın azad olmasına görə medalları ilə təltif olunub.

Ailəli idi, övladı yoxdur.