Yol Azərbaycan insanının düşüncəsində müqəddəsatlıq daşıyır.

Bu səbəbdəndir ki, onunla bağlı çoxsaylı deyimlər var: “Həyat yollardadır” (Nazim Hikmət), Yol kəsmək, Yol göstərmək, Yolda qalmaq, Yol vermək, “Yola vermək”, Yol mədəniyyətdir və s.

Qərbxəbər olaraq, sakinlərin müraciəti əsasında Tovuzun Natiq Əsgərov küçəsinə üz tutduq. Bir tərəfdə gölməçələr, digər tərəfdə palçıq kütləsi və kələ-kötür yollardakı yığılmış su qalıqları, o biri yanda isə bu cür yeriməyə yararsız “gedər-gəlməz”də həyat sürməyə davam edən narazı küçə sakinləri…

Bildirim ki, “Üç pilləkan” adlanan əraziyə yaxın bu küçə Təzəkənd ərazisindədir. Küçəyə giriş etdikdən sonra həyəcanlı sakinlər yolun baxımsızlığından şikayət edirlər. Bildirirlər ki, dövlət qurumlarına müraciət etsələr də, xahişlərini yerinə yetirən olmayıb. Yerlilərin sözlərinə görə, bu küçə vətən torpaqları uğrunda 3 şəhid versə də, buraya dövlət qurumlarından diqqət göstərən, əncam çəkən yoxdur. Sakinlərin sözlərinə görə, anidən Təcili Tibbi Yardım çağırmaq istədiklərində, avtomobilin bu ərazidəki xəstənin evinə gəlib çata bilməsi xeyli zaman alır. O vaxt isə, iş-işdən keçir. Digər tərəfdən, bu bərbad yolla keçən avtomobillər ya quyu kimi küçədə zədələnərək sürülməyə məhkum qalmalı, ya da küçədə olan sakinləri palçıqlı su ilə “çimdirməlidilər”. Necə deyərlər, XXI əsrin Azərbaycanında qədim tarixi abidələr yaşında “tapıntı” deyəcəyimiz bu yol, ölkə olaraq bizim gələcəyə deyil, keçmişə doğru aparıldığımızın bariz göstəricisidir.

Daha geniş şəkildə müxbirimiz Arzu Sayadoğlunun reportajında…