Qazaxda yabanı halda bitən külli miqdarda narkotik bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin xəbərinə görə, Qazax Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Daş Salahlı kəndi ərazisində yabanı halda bitmiş 2,5 tona yaxın çəkidə 6997 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.