Daxili İşlər Nazirliyi (DİN) məktəb məzunlarına və valideynlərə müraciət edib.

DİN-in Mətbuat xidmətinin yaydığı müraciətdə deyilir:

“Hörmətli valideynlər!

Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.

Hörmətli məzunlar!

Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir”.