Latviya Respublikası Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinşin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib.

APA-nın qərb bürosunun xəbərinə görə, nümayəndə heyəti Gəncədə Vətən müharibəsi dövründə ermənilərin raket atdığı ərazidə olub.

Heyət raketin dağıtdığı əraziyə baxış keçirib, həlak olanların xatirəsini yad edib.