İyunun 8-də gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 29-34, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.