Şəhid Orxan Yusubov dəfn olunub.

“Qərb Xəbər”in məlumatına görə, Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə həlak olan şəhidin dəfn mərasimində yaxınları, hərbçi yoldaşları, Gəncə şəhər ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra şəhid Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, O.Yusubov 1992-ci ildə Gəncədə anadan olub. O, ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər O.Yusubov 8 aydır itkin düşmüşdü.