Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan Elvin Mustafayevin nəşi Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

“Qərb Xəbər”in məlumatına görə, ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdəşəhid olan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Elvin Fəxrəddin oğlu Mustafayev dəfn edilib.

Mərhumla vida mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edib.

Qeyd edək ki, E.Mustafayev müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər olub. Onun 3 övladı var və sonuncu qız övladının üzünü görməyib. E.Mustafayevin əmisi də birinci Qarabağ döyüşlərində, Ağdamda şəhid olub.