Qüvvədə olan 94 normativ hüquqi akt “Əlilliyin müəyyən olunması meyarları” ilə əlaqədar yeni hazırlanan qanunvericilik layihələrinə uyğunlaşdırılacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qanunvericilikdə “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri “18 yaşınadək əlilliyi olan şəxslər” sözləri ilə əvəzlənəcək. Geridönməz halları olan uşaqlara əlillik 18 yaşa qədər deyil, müddətsiz təyin ediləcək.