Yevlax rayonunun Salahlı kəndində Birinci Qarabağ müharibəsi və Vətən Müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan Şəhidlər abidəsinin açılışı olub.

“Qərb Xəbər”in məlumatına görə, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayonun Hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri əvvəlcə Şəhidlər abidəsini ziyarət edib, Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

Yevlax rayonunun digər kəndlərində də belə abidələrin tikintisinin aparılmasına start verilib.