Dmanisi rayonunun mərkəzində yerləşən “Ömər Market”in qarşısında qarşıdurma olub.

InterPress.ge-nin əldə etdiyi məlumata görə, hadisə bu gün, günün ikinci yarısında baş verib.

Sözügedən marketin satıcısı Saidə İsmayılova Aktual.ge-yə bildirib ki, hadisə etnik zəmində “Svanlar” tərəfindən törədilib.

Marketin satıcısının müsahibəsini olduğu kimi təqdim edirik:

“Bu gün təqribən saat 17:00 radələrində iki nəfər gənc sərhoş halda marketə gəldi məndən onlara nisiyə piyvə verməmi istədilər. Mən onlara dedim ki, müdür burada olmadığından dolayı mən nisiyə heçnə vermə hüququm yoxdur. Elə bundan sonra məni pis-pis söyünclərlə təhqir etdi və dedi ki, kalkilyatoru başına çırpacam… Bundan sonra qaynatam gəldi və dedi ki, niyə təhqir edirsiniz? və elə bundan sonra yaşlı qaynatamın sinəsinə təpiklə vurdular və döydülər. Bundan sonra biz polisi çağırdıq və onlar bizim dindirmək üçün şöbəyə apardılar. Biz gedib gələnə bu vaxtda bizə zəng gəldiki 60 nəfərə yaxın adam gəlib, mağazanə qırıblar, buradakiləri döyüblər, boğazlarından seplərinə qədər oğurlayıblar, maşınımızı qırıblar. Bura yiyəsi yoxdurmu? Biz bütün bunların hamsını tanıyırıq, kamerada var. Bunlar “Svanlardır”. Bu daimi olaraq bizim başımıza gələn hadisədir. 3 yaşında uşağı vurublar, 15 yaşında oğlumu döyüblər, bu hadisə etnik zəmində baş verib. Bir il bundan öncədə üstümüzə belə bir qrup düşmüştü, fəqət şikayət etdik baxan olmadı”.