Tovuz rayonunun Yanıqlı kəndi ərazisindən keçən Zəyəm çayında daşqınlar meydana gəlib. Son zamanlar yağan intensiv yağışlar çayda suyun səviyyəsinin artmasına səbəb olub.

“Qərb Xəbər”in məlumatına görə, bu da bir sıra fəsadlara yol açıb. Belə ki, Tovuz rayonu və Qovlar şəhərinin əhalisi də daxil 18 min əhaliyə suyun verilməsində problemlər yaranıb.

Nəticədə əhaliyə suyun verilməsində fasilələr yaranıb. “Azərsu” ASC-dən aldığımız məlumata görə, belə getsə, sel və daşqınlar rayona çəkilən su borularına zərər verə, əhali isti yay günlərində susuz qala bilər.