Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan Elməddin Vəkilov dəfn olunub.

“Qərb Xəbər”in məlumatına görə, dəfndə şəhidin yaxınları, mərhum Daşkəsən şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfndə ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Vətən müharibəsi zamanı itkin düşən və bir neçə aydan sonra şəhid olduğu məlum olan Elməddin Vəkilovun nəşi ailəsinə təhvil verilib.

1988-ci il təvəlüdlü Elməddin Nizami oğlu Vəkilov ailəli olub.