Hər il may ayının 5-i Azərbaycanda “Xalçaçı günü” kimi qeyd olunur.

“Qərb Xəbər”in məlumatına görə, bu münasibətlə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə  “Azərxalça” ASC-nin respublika üzrə 21 filialında olduğu kimi, Tovuz filialında da “Açıq qapı” günü keçirilib.

“Açıq qapı” günü mayın 5-də, saat 10:00-dan 18:00-dək davam edib. 

Karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilən tədbirlərdə iştirakı təsdiqləyən şəxslərdən ibarət kiçik qruplar yaradılaraq hər qrup üçün 1-1,5 saatlıq master-klass keçirilib.

İştirakçılara xalçanın ərsəyə gəlmə prosesini izləmək, peşəkarların təcrübəsini bölüşmək, eyni zamanda özlərini xalçaçılıqda sınamaq imkanı yaradılıb. 

Tovuz rayon Xalçaçılıq mərkəzinin rəhbəri Sarıtel Xəlilova bölgə müxbirimizə yaradılmış şəraitlə bağlı məlumat verib.