Tovuz rayon Düz Cırdaxan kəndində şəhid adına çəkilmiş xeyir-ehsan bulaqları uzun müddətdir ki, su üzünə həsrət qalıb.

“Qərb Xəbər”in məlumatına görə, bu bulaqlardan biri kəndin mərkəzində yerləşən və “qəbristanlıq yolu” deyilən ərazidə 1992-ci ildə Zəngilan istiqamətində şəhid olmuş Hümbətov Sadəddin Rəhim oğlunun ehsanına  tikilib. İllərdir həm susuz, həmdə baxımsız vəziyyətdədir..

Kənd sakinlərinin və şəhidin bacısı Ulduz Hümbətovanın dediyinə görə, dəfələlə aidiyyəti qurumlara məlumat verilməyinə baxmayaraq, məsələ öz həllini hələdə tapmayıb.

Şəhid Həsənov İsmayılın, Araz və Niyaz Quluyev qardaşlarının adına tikilib istifadəyə verilmiş bulaqlar da eyni aqibəti bölüşür. Kəndə yeni su xətti çəlkilsə də, bu bulaqlara su verilməyib.